İqtisadiyyat

Mikayıl Cabbarov: “Sahibkarlara 90 milyon manatdan çox güzəştli kredit verilib” – FOTO

Sharing is caring!

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu ilin əvvəlindən 1 963 sahibkara 90,2 milyon manat, o cümlədən 1 953 kiçik və orta həcmli layihəyə 62,8 milyon manat güzəştli kredit verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” hesabında qeyd edib.

Nazir əlavə edib ki, güzəştli kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür. Bu kreditlər hesabına 2 100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir