İdman

“Qarabağ”ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

Sharing is caring!

“Qarabağ”ın zədəli futbolçularından Maksim Medvedev sıraya dönüb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, artıq kollektiv məşqlərdə iştirak edən kapitanın vəziyyəti yaxşıdır. 33 yaşlı müdafiəçi bu gün Qəbələ şəhər stadionunda “Kəpəz”ə qarşı Azərbaycan Premyer Liqasının V tur matçının 23 nəfərlik iştirak ərizəsində yer alacaq.

Digər mərkəz müdafiəçisi Kevin Medina isə hazırda Portuqaliyada bərpa məşqləri keçir. Kolumbiyalı futbolçu yaxın günlərdə Bakıya dönərək, çalışmalarını “Qarabağ”ın həkimlərinin nəzarəti altında davam etdirəcək.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” matçı saat 19:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir