İdman

“Qarabağ” Zubiri satır? – AÇIQLAMA

Sharing is caring!

İbrahima Vadjidən sonra “Qarabağ”ın daha bir futbolçusunun komandadan ayrılacağı ilə bağlı məlumat yayılıb.

Offsideplus.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri klublarından biri Abdullah Zubiri heyətinə qatmaq istəyir. Dubay təmsilçisinin 30 yaşlı yarımmüdafiəçi üçün təklif göndərdiyi və mümkün transferi üçün böyük məbləğdə ödəniş etməyə hazır olduğu bildirilir. 

“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl sayta açıqlamasında yayılan xəbərləri təkzib edib:

“Nə Abdullah Zubirə, nə də “Qarabağ” klubuna belə bir təklif olub”.

Qeyd edək ki, Zubir 2018-ci ildə “Lens” klubundan “Qarabağ”a transfer edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir