İdman

“Qarabağ” rəsmisi: “Qurban Qurbanov necə deyirsə, elə də olacaq”

Sharing is caring!

“Baş məşqçi necə deyirsə, elə də olacaq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl jurnalistlərə müsahibəsində deyib.

O, transferlər barədə danışarkən baş məşqçi Qurban Qurbanovun fikrinin önəmli olduğunu bildirib:

“İndiyədək də belə olub. Bu, məsuliyyətdən qaçmaq yox, baş məşqçimizə olan inamımızı göstərmək üçündür. Klub rəhbərliyi sonunadək onun arxasındadır. Gücümüz birliyimizdədir. Doqquz il ardıcıl avrokubokların qrupunda yer almaqla Azərbaycanı şərəfli şəkildə təmsil edirik. Bu, bizim birliyə olan inam və etibarın nəticəsidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir