İdman

Levandovski 34 yaşını qeyd edir – FOTO

Sharing is caring!

Bu gün “Barselona”nın hücumçusu Robert Levandovskinin 34 yaşı tamam olur.

“Bu gün təkcə oyun günü deyil, həm də mənim ad günümdür. Arzularınız üçün hamınıza təşəkkür edirəm.

Bu günü ailəmlə keçirə bilməyəcəm, amma günü sevdiyim işlə – futbol oynayaraq keçirəcəm.

Hər şeyə görə minnətdaram. Heç vaxt arzularınızdan əl çəkməyin, çox çalışın və təslim olmayın. Arzular gerçəkləşir”, – deyə polyak “Instagram”da yazıb.

Qeyd edək ki, “Barselona” bu gün La Liqanın ikinci turunda “Real Sosyedad”ı qəbul edəcək.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir