İdman

İslamiada: Azərbaycan 5-ci medalını qazanıb

Sharing is caring!

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalını qazanıb.

“Report” xəbər verir ki, 49 kq-da çıxış edən Patimat Abakarova yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb.

Bu gün həmçinin Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) finala vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Anna Skidan çəkicatmada qızıl, Aleksis Kopello üç təkanla tullanmada gümüş və taekvondoçu Həşim Məhəmmədov (58 kq) bürünc medal əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir