İdman

Azərbaycan millisi bu gün Ermənistanla qarşılaşacaq

Sharing is caring!

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün San-Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda “Lüksemburq”a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir