İdman

“Qarabağ” ÇL-də növbəti oyununa çıxır – AFİŞA

Sharing is caring!

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə “Sürix”i ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Matçı İrfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

“Köhlən atlar”ın heyətində zədəli olan Qara Qarayev oyunu buraxacaq. Qonaqlarda isə itki yoxdur.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Polşa “Lex”ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb – 0:1; 5:1. 

Cavab oyunu iyulun 27-də keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir