İdman

Daha bir Azərbaycan əsilli kikboksçu Ümumdünya Oyunlarında medal qazanıb – FOTO

Sharing is caring!

ABŞ-ın Birmingem şəhərində keçirilən XI Ümumdünya Oyunlarında daha bir Azərbaycan əsilli idmançı gümüş medal qazanıb.

Oxu.Az-ın xəbərinə görə, bu, Ukraynanı 63,5 kq çəki dərəcəsində təmsil etmiş kikboksçu Orfan Sənanzadədir.

O, finalda meksikalı David Martinesə uduzaraq gümüş medalla kifayətlənib. Bu, Ukraynanın kikboksinq yarışlarında qazandığı beşinci medal və ikinci “gümüş” olub.

Xatırladaq ki, Orfan Sənanzadə 2017-ci ildə Ukraynada idmanın inkişafındakı xidmətlərinə görə həmin ölkənin sabiq prezidenti Pyotr Poroşenko tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülüb.

Qeyd edək ki, +91 kq çəki dərəcəsində Azərbaycandan Bəhram Rəcəbzadə Ümumdünya Oyunlarının qalibi olub.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir