İdman

Azərbaycan çempionu və gümüş medalçı avrokuboklarda iştirakdan imtina ediblər

Sharing is caring!

Qadın voleybolçulardan ibarət “Abşeron” və kişilərdən ibarət “Neftçi” komandası 2022/2023 mövsümündə avrokuboklarda iştirakdan imtina ediblər.

Federasiyadan “Report”a verilən məlumata görə, hər iki klub öz istəyilə bu addımı atıb.

Qərarın səbəbi açıqlanmasa da, bunun maliyyə məsələləri ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, “Abşeron” ötən mövsüm Super Liqada çempion olub, “Neftçi” isə Yüksək Liqada 2-ci yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir