İdman

Daha bir qadın stend atıcımız beynəlxalq yarışda diqqət mərkəzindədir – FOTO

Sharing is caring!

Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran-pri yarışında idmançımız Nurlana Cəfərova bürünc medal qazanıb. Bu nailiyyəti atletimiz stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında yarışda əldə edib. 

Türkiyə Atıcılıq Federasiyasının məlumatına görə, Nurlana Cəfərova nəticələri ilə Bakıda keçirilən Dünya Kuboku yarışlarında bürünc medal qazanmış idmançıları da geridə qoyub.  

Qeyd edək ki, “Konya 2022” Qran-prisi iyunun 13-də başlayıb. Ölkəmizi yarışda 14 idmançı təmsil edir. Bu yarışda bir neçə gün əvvəl idmançılarımız Əli Hüseynli və Alina Rəfixanova qarışıq komanda yarışında bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir