İdman

Azərbaycan millisinin futbolçusu Almaniyanın 3-cü Liqasında oynamağa razılaşdı – FOTO

Sharing is caring!

Milli komandamızın futbolçusu Dmitri Nəzərov karyerasını Almaniyanın 3-cü Liqasında (II divizion) davam etdirəcək.

Oxu.Az xəbər verir ki, 32 yaşlı hücumçu 3-cü Liqaya düşən “Ertsqebirqe” komandasında qalmağa qərar verib. Onunla 1+1 illik müqavilə bağlanılıb.

Aue klubunun prezidenti Helqe Leonhardt bu barədə danışıb:

“Dmitri ilə müqavilənin müddətinin uzadılması komandamın planlaşdırmasında ən vacib məqamlardan biri idi. Dima yüksək futbol keyfiyyətinə malikdir. Onun kluba həqiqi sədaqət nümayiş etdirən ürəyi və beyni var. Ona arxalanmağa davam etdiyimiz üçün çox şadıq”.

Komandanın yeni baş məşqçisi Timo Rost da bu haqda danışıb:

“Dmitrinin bizimlə qalmasından və onunla ümumi məqsədlərimizi həll edə bildiyimizdən çox şadam. Söhbətlərimizdə o, klubumuzun idman baxımından yenidən yola düşməsinə kömək etmək üçün bütün təcrübə və bacarığından istifadə etmək istədiyini mənə çox açıq şəkildə bildirdi”.

Qeyd edək ki, Dmitri Nəzərov UEFA Millətlər Liqasının dörd oyunu üçün yığmamıza çağırılsa da, yalnız Qazaxıstanla səfər matçının sonlarında meydanda olub. O, 79-cu dəqiqədə Emin Mahmudovun əvəzinə meydana girib.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir