İdman

Azərbaycan karateçisi icra başçısı tərəfindən qəbul edildi – FOTO

Sharing is caring!

Azərbaycanın karate yığma komandasının üzvü, Avropa çempionatının gümüş mükafatçısı Rafiz Həsənov icra başçısı tərəfindən qəbul edilib.

Oxu.Az xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ötən ay Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatının komanda şəklində gümüş mükafatını qazanmış idmançını qəbul edib.

Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı idmançını təbrik edib, onun qayğıları ilə maraqlanıb və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Görüşün sonunda Rafiz Həsənov səmimi qəbula görə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova öz təşəkkürünü bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir