İdman

Emin Əmrullayev yeni çempionatın keçirilmə tarixini açıqladı – FOTO

Sharing is caring!

“Basketbolla bağlı bizdə stereotiplər var. Düşünürlər ki, adamın boyu qısadırsa, basketbol oynaya bilməz”. 

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib. O bildirib ki, basketbolda kifayət qədər yaxşı uşaqların kəşfi onları təəccübləndirib: 

“Biz seleksiya sayəsində 195 uşaq seçdik. Onların içərisində boyu 165 sm olanlar da vardı. Bu uşaqlar gələcək əsas millinin bazasını formalaşdıracaqlar”. 

Emin Əmrullayev çempionatın növbəti mövsüm nə vaxt olacağını da bildirib. Onun sözlərinə görə, klublarla artıq görüş keçirilib və oktyabrda yeni mövsümə start veriləcək. 

Qeyd edək ki, bu mövsüm çempionat keçirilməyib. 

Səbuhi Musa

FOTO: Sabir Məmmədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir