İdman

Bu ay Bakıda keçiriləcək Dünya Kubokunda 700-dən çox idmançı yarışacaq

Sharing is caring!

“Bu ay Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırda 64 ölkənin idmançıları qeydiyyatdan keçib. 700-dən çox idmançı bu yarışda mübarizə aparacaq”.

Bunu Oxu.Az-a Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

27 may – 7 iyun tarixlərində Bakıda güllə və stend atıcılığı üzrə Dünya Kuboku keçiriləcək. Bu, Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının təşkil etdiyi güllə və stend atıcılığı üzrə yarışmaların birgə keçirildiyi ilk Dünya Kuboku olacaq. Bu yarışda Azərbaycan çox sayda idmançı ilə təmsil olunacaq.

“Azərbaycanı bu yarışda təxminən 30-40 idmançı təmsil edəcək. Dəqiq say və onların adları mayın 20-dən sonra bəlli olacaq. Hazırkı durumda 32 idmançımız Dünya Kuboku üçün qeydiyyatdan keçib”, – deyə E.Cəfərov deyib.

Əvvəllər idmançı kimi də yarışlara qatılan Emin Cəfərov özünün Dünya Kubokunda yarışmayacağını bildirib:

“Bu yarışda özüm idmançı kimi iştirak etməyəcəyəm. Çünki başım federasiyanın təşkilati işlərinə qarışıb. Bu səbəbdən də məşq etməyə vaxtım yoxdur. Hazırda yeni formalaşan federasiyada əsas məqsəd gənclər arasında bu idmanın kütləviliyinin təmin olunmasıdır”.

Qeyd edək ki, Azərbaycan Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri Vilayət Eyvazovdur.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir