İdman

Güləşçilərimiz Macarıstanda 5-ci medalını qazandı

Sharing is caring!

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası 5-ci medalını qazanıb.


Günün ilk medalını 60 kq çəki dərəcəsində Murad Məmmədov qazanıb. Məmmədov 3-cü yer uğrunda görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib – 5:2.

Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi medal qarşılaşmalarına çıxacaq.

Qeyd edək ki, aprelin 2-də Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala yiyələnib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir