İdman

Arda Güler fərqləndi, “Real Madrid” darmadağına imza atdı – VİDEO

Sharing is caring!




İspaniya La Liqasının 36-cı turunda çempion “Real Madrid” “Deportivo Alaves”i qəbul edib.

“Santyaqo Bernabeu” stadionundakı matç ev sahiblərinin mütləq üstünlüyü ilə keçib.

Kral klubu rəqibinin qapısından 5 cavabsız top keçirib. Bellingem (10), Vinisius (27, 70), Valverde (45+1) və Arda Güler (81) fərqləniblər – 5:0.

“Real” İspaniya çempionatında 93 xal toplayıb və artıq çempionluğunu rəsmiləşdirib. “Alaves” isə 42 xalla 11-ci pillədə qərarlaşıb. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir