İdman

Azərbaycanın üç boksçusu Rusiyadakı turnirin yarımfinalına vəsiqə qazanıb

Sharing is caring!




Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialına start verilib. Yarışda Azərbaycan millisinin üç üzvü ilk görüşlərini qələbə ilə başa vurub.

Oxu.Az Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Maqsud Xasmetov 1/4 final çərçivəsində rusiyalı Nurlan Səfərovu məğlub edib. Boksçumuz 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə qələbə qazanıb. Xasmetov yarımfinalda Denis Parilovla (Rusiya) üz-üzə gələcək.

Ümid Rüstəmov da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Rusiya çempionu Yevgeni Lyaşkovu mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Rüstəmov ikinci qarşılaşmasında Maksim Pankovla (Belarus) döyüşəcək.

63,5 kq-da Ruslan Rüstəmov isə 1/4 finalda Aleksandr Kirsanovdan (Rusiya) güclü olub. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Nikita Birenkovu (Rusiya) sınağa çəkəcək.

Boksçularımız yarımfinala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Yığmamızın digər üzvlərindən Mirşərif Kazımzadə (75 kq) finala vəsiqə üçün Yeqor Şapoçanski (Rusiya) ilə, İlqar Salahov (67 kq) Ruslan Abdullayevlə (Özbəkistan) qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları mayın 17-də olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir