İdman

“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi – VİDEO

Sharing is caring!




Türkiyə Super Liqasının 35-ci tur çərçivəsində keçirilən görüşdə “Qalatasaray” doğma meydanda “Sivasspor”u qəbul edib.

Oxu.Az xəbər verir ki, oyuna gözlənildiyi kimi daha fəal başlayan “sarı-qırmızılar” hesabı 11-ci dəqiqədə açıblar. Hakim Ziyeş azarkeşləri coşdurub – 1:0. 38-ci dəqiqədə Dris Mertens fərqi artırıb -2:0. Məğlubiyyətlə barışmayan “Sivasspor” futbolçuları fərqi azaldıblar. 54-cü dəqiqədə Caner Osmanpaşa Rey Manayen ötürməsini məntiqli sonluqla tamamlayıb – 1:2. 59-cu dəqiqədə səhnəyə çıxan argentinalı ulduz Mauro İkardi fərqi artırıb – 3:1. Bir dəqiqə sonra Hakim Ziyeş dubl müəllifi olub – 4:1. 73-cü dəqiqədə Dris Mertens komandasını 5-ci, özünün 2-ci qolunu vurub – 5:1. Mauro İkardi 85-ci dəqiqədə dubl edərək görüşdə son nöqtəni qoyub – 6:1.

Qeyd edək ki, 35 turdan sonra aktivində 96 xalı olan “Qalatasaray” liderliyini davam etdirir. “Sivasspor” 48 xalla 7-cidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir