İdman

Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır

Sharing is caring!




“Qarabağ” klubunun baş məşqçisi İspaniya klubunun düşərgəsinə yollanmaq üçün hazırlıqlara başlayıb.

Sportinfo.az xəbər verir ki, Qurbanovun məqsədi La Liqanın aparıcı klublarından birində olmaq, məşq prosesini izləmək, həmkarının iş proqramını incələməkdir.

Hələlik səfərin vaxtı dəqiqləşməyib. Ancaq tərəflər arasında danışıqların sona yaxınlaşdığını söyləyə bilərik.

Qeyd edək ki, Qurban Qurbanov bundan əvvəl Almaniyada olub. Mütəxəssis yanvarda “Bayer 04”ün düşərgəsinə səfər edib, Xabi Alonso ilə görüşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir