İdman

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

Sharing is caring!




“Araz-Naxçıvan” klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər.

Bu barədə Oxu.Az-a açıqlamasında “Araz-Naxçıvan” klubunun icraçı direktoru Eldəniz Yusubov deyib.

“Müqavilənin müddəti “iki ay + bir il” nəzərdə tutulub. Bilindiyi kimi, qarşıda yeddi tur var. Mövsümün sonunda bu oyunlarda qazanılacaq nəticələrə əsasən rəhbərliklə baş məşqçi arasında müzakirə aparılacaq. Qərar qarşılıqlı razılıq əsasında veriləcək. Göstəricilər rəhbərliyi qane etdiyi halda, Elmar Baxşıyevlə yola davam ediləcək. Mütəxəssisdən istənilən baxımlı oyun ortaya qoyan əzmkar komanda formalaşdırmaq və xal ehtiyatını artırmaqdır. Mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq tələb olunur”.

Qeyd edək ki, Elmar Baxşıyev daha öncə “Qəbələ” futbol klubunun baş məşqçisi kimi çalışıb.

Anar Həsənov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir