İdman

“Qarabağ”ın qapıçısı “Nyukasl”a keçir?

Sharing is caring!

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov İngiltərə Premyer Liqasında çıxış etmək fürsətinin olduğunu etiraf edib.

“İngiltərədə oynamaq istərdimmi? Çox. Bir dost dedi ki, “Nyukasl”a keçmək, orada üçüncü və ya dördüncü qapıçı olmaq imkanı var. Dedi ki, onların iki təcrübəli qapıçısı var, amma üçüncü qapıçı yoxdur. Mən imtina etdim”, – deyə Lunyov Sergey Tırtışnının “YouTube” kanalında bildirib.

Qeyd edək ki, bu ay 32 yaşlı Lunyov 2018-ci ilin noyabrından bəri ilk dəfə Rusiya milli futbol komandası ilə meydana çıxa bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir