İdman

Rusiyalı qapıçıdan dünya rekordu: 124 zərbəni qaytardı – VİDEO

Sharing is caring!

Rusiya hokkey liqasında pley-off seriyasının dördüncü oyunu Sankt-Peterburqda baş tutub. Burada yerli “SKA-Neva” komandası Tulanın “Mixaylov Akademiyası”na əlavə vaxtda məğlub oldu 0:1.

158 dəqiqəli oyun ev sahiblərinin qapıçısı Artemiy Pleşkov sayəsində hokkey tarixinə düşüb. Belə ki, Pleşkov bu görüşdə dünya rekorduna imza atıb və bir matçda 124 zərbəni dəf edib.

Buna baxmayaraq, onun komandası uduzub. “Mixaylov Akademiyası” tarixində ilk dəfə Petrov Kubokunun yarımfinalında çıxış edəcək.

 

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir