İdman

“Mançester Yunayted”in türkiyəli qapıçısı zədələndi

Sharing is caring!

“Mançester Yunayted”in türkiyəli qapıçısı Altay Bayındır zədə səbəbindən iki həftə meydanlardan uzaq qalacaq.

Bu barədə İngiltərə klubundan xəbər verilib.

Bildirilib ki, 25 yaşlı qolkiper bu səbəbdən martın 17-i bazar günü İngiltərə Kubokunun 1/4 finalında “Liverpul”a qarşı keçiriləcək matçda oynaya bilməyəcək.

Altay Bayındırın əzələ gərginliyi səbəbindən iki həftəyə yaxın meydanlardan uzaq qalacağı, Türkiyənin Macarıstan və Avstriya ilə yoldaşlıq matçlarında da oynaya bilməyəcəyi vurğulanıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir