İdman

İşsiz qalan Mourinyo “Fənərbağça”nı çalışdıra bilər

Sharing is caring!

Hazırda işsiz olan portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyo bu mövsüm sonunda “Fənərbağça”nın sükanı arxasına gətirilə bilər.

Bu iddia ilə İtaliya mətbuatı çıxış edib.

Mənbə yazır ki, son iş yeri İtaliyanın “Roma” klubu olmuş 61 yaşlı məşqçi ilə “Fənərbağça” rəhbərliyi yaxından maraqlanır. Əgər “Fənərbağça” bu mövsümün sonunda Türkiyə çempionluğu qazana bilməsə, rəhbərlik Joze Mourinyo variantının üzərində dayanacaq.

 Xatırladaq ki, hazırda “Fənərbağça” 76 xalla Türkiyə Super Liqasında “Qalatasaray”dan sonra ikinci sırada qərarlaşıb.

Mənbə: Calciomercato. com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir