İdman

UEFA Çempionlar Liqasının növbəti mövsümdən yeni formatı ilə bağlı açıqlama verib – FOTO

Sharing is caring!


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) gələn mövsümdən Çempionlar Liqasının yeni formatını izah etmək üçün şəkillər təqdim edib.

Belə ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 yox, 36 komanda çıxış edəcək. Əvvəllər klublar hər biri dörd komandadan ibarət qruplara bölünürdüsə, indi Çempionlar Liqasında 36 komandanın hamısının vahid turnir cədvəlində yer aldığı İsveçrə sistemi adlanan sistemdən istifadə olunacaq.

Yeni formata görə, qrup mərhələsində səkkiz tur (altı idi), komanda dörd oyunu evdə, daha dörd oyunu səfərdə keçirəcək.

Mənbə: championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir