İdman

Alli “Everton”la yeni müqavilə bağlaya bilər

Sharing is caring!


İngiltərənin “Everton” klubu 27 yaşlı yarımmüdafiəçi Dele Alliyə yeni müqavilə təklif etməyə hazırdır.

Bu barədə “The Athletic” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilib ki, futbolçunun “Liverpul” komandası ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Mənbənin sözlərinə görə, Allinin özü də İngiltərə Premyer Liqasında qalmaq istəyir.

Xatırladaq ki, Alli 2022-ci ilin yanvarından “Everton”un futbolçusu olub. Futbolçu ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirib. Ümumilikdə ingilis türk klubunda 15 oyun keçirib və bu oyunda üç qol vurub. Dele bu mövsüm heç bir oyun keçirməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir