İdman

“Everton”un dörd xalı geri qaytarıldı

Sharing is caring!


Müstəqil apelyasiya komissiyası İngiltərə Premyer Liqasının (APL) turnir cədvəlində “Everton” futbol klubundan 10 xal əvəzinə 6 xalın silinməsinə qərar verib.

Bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb.

Noyabrın 17-də “Everton” maliyyə feyr-pley qaydalarını pozduğuna görə turnir cədvəlindəki 10 xaldan məhrum edilib. Dekabrın 1-də klub qərardan liqaya şikayət edib və işə baxılması üçün apellyasiya komitəsi təyin olunub.

Premyer Liqanın bəyanatında qeyd edilib ki, “Everton” maliyyə feyr-pleyini pozduğunu etiraf edib və yalnız kluba qarşı tətbiq edilən sanksiyaların səviyyəsini mübahisələndirib. Klubun 9 arqumentindən ikisi apellyasiya komissiyası tərəfindən dəstəklənib.

Xatırladaq ki, 26 turdan sonra “Everton” İngiltərə çempionatında 21 xalla 17-ci yerdədir. Sanksiyaların yumşaldılmasından sonra komanda 25 xalla 2 pillə irəliləyib və əlavə göstəricilərə görə 15-ci yerdə qərarlaşaraq “Brentford”u qabaqlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir