İdman

Avropa Liqasında 1/8 finala yüksələn “Qarabağ” nə qədər qazandı?

Sharing is caring!


UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdıran “Qarabağ”ın qazandığı mükafatın məbləği bəlli olub.

Oxu.Az xəbər verir ki, 1/8 finala yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1,2 milyon avro alacaq.

Qeyd edək ki, “köhlən atlar” Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. Burada “Braqa”dan güclü olan (2:1) Ağdam klubu ümumi hesabda (6:5) Portuqaliya təmsilçisini üstələyərək mərhələ adlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir