İdman

Azərbaycanlı idmançı ABŞ-də tanınmış döyüşcünü məğlub edib – FOTO

Sharing is caring!


Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən “Lights Out Xtreme Fighting” yarışında kəmər qazanıb.

“Report” xəbər verir ki, 29 yaşlı idmançı yarışda 75 kiloda rəqibi tanınmış MMA döyüşçüsü, yerli idmançı Tommy Aarona qalib gəlib. O, qələbəsini arenada Azərbaycanın üç rəngli bayrağına bürünərək qeyd edib.

Həmyerlimiz açıqlamasında deyib ki, qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edib: “Uşaqlıqda güləşlə məşğul olmuşam. Azərbaycanda bir çox çempionluqlarım var. MMA-da dəfələrlə Azərbaycan çempionu olmuşam və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişəm.

İki ildir Kaliforniyada “America Kickboxing Academy (AKA)”-da yarışlara hazırlaşıram. Daha əvvəl də bir necə qələbə qazandım və bundan sonra da uğurların ardı gələcək. Bütün uğurlarımı ölkəmdən uzaqda olsam da Azərbaycana həsr edirəm. Qələbəmi Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edirəm”.

M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də (“Ultimate Fighting Championship” (UFC)) iştirak etməkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir