İdman

Çempionlar Liqası: “İnter”in futbolçuları meydana qara sarğıda çıxacaqlar

Sharing is caring!


İtaliyanın “İnter” komandasının futbolçuları İspaniyanın “Atletiko” klubuna qarşı keçirəcəkləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa qara sarğıda çıxacaqlar.

“Report” xəbər verir ki, matçda Milan təmsilçisinin bu gün dünyasını dəyişən sabiq futbolçusu Andres Breme yad olunacaq.

Görüş bu gecə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, Almaniya millisinin sabiq futbolçusu Andres Breme 63 yaşında vəfat edib. O, karyerası ərzində 1988-1992-ci illərdə “İnter”in formasını geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir