İdman

Nurəddin Novruzov: “Həyəcanlı deyildim”

Sharing is caring!


“Həyəcanlı deyildim, rahat şəkildə güləşdim”.

“Report”un məlumatına görə, bunu Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bürünc medal qazanan Azərbaycan güləşçisi Nurəddin Novruzov Bakıdakı qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.

İdmançı böyüklər arasında ilk yarışlarının olduğunu və 61 kiloqrama da təzə keçdiyini xatırladıb:

“Bu səbir işidir. Allah arzulayana istədiklərini verir. Həmişə çalışmaq, dayanmadan məşq etmək lazımdır. Bunun nəticəsində medal qazandım”.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) bürünc medalları qazanıblar. Bununla da yığmamız 122 xalla komanda hesabında üçüncü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir