İdman

Avroliqa: “Qalatasaray” “Sparta” ilə qol duelindən qalib ayrıldı – VİDEO

Sharing is caring!


UEFA Avropa Liqasında pley-off qarşılaşmalarına start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə Türkiyə təmsilçisi “Qalatasaray” Çexiya “Sparta”sı ilə üz-üzə gəlib.

Praqa klubu oyunun 19-cu dəqiqəsində qapısında qol görüb. Demirbay İkardinin ötürməsindən sonra fərqlənib – 1:0. Lakin qonaqlar 47-ci dəqiqədə Presiadonun qolu ilə hesabı bərabərləşdiriblər – 1:1.

61-ci dəqiqədə Kreyçiy avtoqola imza ataraq “cim-bom”u önə çıxarıb – 2:1. Bir dəqiqə sonra Nelson qırmızı vərəqə alaraq sarı-qırmızıları azlıqda qoyub. 65-ci dəqiqədə isə çexlər say üstünlüyündən yararlanaraq Kuxtanın qolu sayəsində hesabı yenidən bərabərləşdiriblər – 2:2.

80-ci dəqiqədə qonaq futbolçu Rıneş ikinci sarı vərəqədən sonra meydançadan qovulub. 90+1-ci dəqiqədə isə İkardinin qolu İstanbul klubuna qələbə qazandırıb – 3:2.

Qeyd edək ki, cütlük arasındakı cavab oyunu fevralın 22-də Praqada baş tutacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir