İdman

Cari mövsüm ən uzunmüddətli qələbə seriyasına malik klublar: “Qarabağ” 6-cı yeri bölüşdürür

Sharing is caring!


Avropada cari mövsüm milli çempionatlarda ən uzunmüddətli qələbə seriyasına malik 50 klub açıqlanıb.

“Report”un araşdırmasına görə, siyahıda Azərbaycanın bir klubu yer alıb.

Premyer Liqanın lideri “Qarabağ” ardıcıl 10 qalibiyyətlə siyahının yuxarı pillələrində qərarlaşıb. XXII turda “Sabah”la qarşılaşmada (3:3) seriyası qırılan Qurban Qurbanovun kollektivi qitə üzrə 6-cı yeri bölüşdürür.

“Qarabağ”ın büdrəməsi İsrail təmsilçisi “Hapoel”in (Beer Şeva) ona çatmasına səbəb olub. Beer Şeva klubu artıq növbəti turda ağdamlıları geridə qoya bilər.

“Qarabağ”la yanaşı, Türkiyə nəhəngləri “Qalatasaray” və “Fənərbağça” da cari mövsüm daxili birincilikdə 10 matçlıq qalibiyyət seriyasına imza atıblar. Onlar da Azərbaycan klubu kimi, uğurlu nəticəni davam etdirə bilməyiblər.

Siyahıya Uels klubu TNS başçılıq edir. Adıçəkilən komanda ölkə çempionatının son 18 matçında hesabına 3 xal yazdırmağı bacarıb. TNS seriyanı hələ də davam etdirir. İkinci pillədə Niderland PSV-si qərarlaşıb. Lakin ardıcıl 17 qalibiyyəti olan eyndhovenlilərin seriyası qırılıb.

TNS və “Hapoel”lə yanaşı, ilk 12-likdə yer alanlardan daha biri qələbələri sıralamaqda davam edir. San-Marino komandası “Kosmos” son 12 çempionat matçının hamısında rəqiblərini üstələyib.

2023/2024 mövsümündə ən uzunmüddətli qələbə seriyasına malik klublar:

1. TNS (Uels) – 18;

2. PSV (Niderland) – 17;

3. “Partizan” (Serbiya) – 13;

4. “Kosmos” (San-Marino) – 12;

5. “Virtus” (San-Marino) – 11;

6-12. “Slovan” (Slovakiya) – 10;

“La Fiorita” (San-Marino) – 10;

“Makkabi” (Təl-Əviv, İsrail) – 10;

“Hapoel” (Beer Şeva, İsrail) – 10;

“Qarabağ” (Azərbaycan) – 10;

“Qalatasaray” (Türkiyə) – 10;

“Fənərbağça” (Türkiyə) – 10.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir