İdman

“Australian Open” turnirində tribunadan etiraz: Qarşılaşma yarımçıq dayandırıldı – FOTO/VİDEO

Sharing is caring!


Tennis üzrə Böyük Dəbilqə yarışlarından ilin birincisi sayılan “Australian Open” turnirində Aleksandr Zverev və Kemeron Norri arasında keçirilən 1/8 final matçı yarımçıq dayandırılıb.

Buna səbəb tribunadakı izləyicilərdən birinin etiraz davranışı olub.

Hesab 7:5, 3:6, 4:1 almaniyalı Zverevin xeyrinə olduğu zaman azarkeşlərdən biri meydançaya üzərində “Fələstinə azadlıq” yazılmış vərəqələr atıb. Matç qısa fasilədən sonra davam etdirilib.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir