İdman

Ronaldu eyni anda üç mükafatın sahibi oldu – FOTO/VİDEO

Sharing is caring!


“Ən-Nəsr” klubunun portuqaliyalı oyunçusu Kriştianu Ronaldu “Globe Soccer Awards” mükafatlarının təqdimetmə mərasimində üç mükafata sahib olub.

Fevralın əvvəlində 39 yaşı tamam olacaq ulduz futbolçu “Yaxın Şərqdə ilin ən yaxşı oyunçusu” və “Azarkeşlərin versiyasına görə ilin ən yaxşı oyunçusu” seçilib.

Bundan əlavə, Kristianu Ronaldu 2023 təqvim ilinin ən yaxşı bombardiri kimi “Dieqo Maradona” mükafatını qazanıb.

Portuqaliyalı 54 qol vurub. Ötən ilin əvvəlindən Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edir və klubla hazırkı müqavilənin müddəti 2025-ci ilin ortalarına qədərdir.

Mənbə: Euro-football.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir