İdman

Şahruddinin çıxış etdiyi Türkiyə klubuna yeni baş məşqçi təyin olundu – FOTO

Sharing is caring!


“Qarabağ”ın keçmiş qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Demirspor” klubunda yeni baş məşqçi təyin olunub.

Klubdan verilən məlumata görə, bu vəzifəyə Hikmət Karaman gətirilib.

O, bu postda Patrik Kluyverti əvəz edib.

Bildirilir ki, təcrübəli məşqçi ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Karaman məşqçilik karyerasında 16 fərqli Super Liqa komandasında çalışıb. Sonuncu dəfə o, “Kayserispor”a rəhbərlik edib və təxminən 1 il yarım işsiz qalıb.

Mənbə: NTV Spor

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir