İdman

İranlı futbolçu yayda “İnter”ə keçə bilər – FOTO

Sharing is caring!


İranlı hücumçu Mehdi Tareminin “Portu” ilə müqaviləsi mövsümün sonunda başa çatır. İtaliyanın “İnter” klubu futbolçunu azad agent kimi almaqda maraqlıdır.

Oxu.Az-ın məlumatına görə, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano xəbər verib.

Onun sözlərinə görə, müqavilə iki il müddətinə qüvvədə olacaq və növbəti mövsüm üçün uzadılması mümkündür.

Portuqaliya çempionatının cari mövsümündə Taremi 15 oyun keçirib və üç qol vurub.

Qeyd edək ki, Taremi təmsilçiləri ötən həftənin sonunda Milan klubunun menecerləri ilə görüşüblər. Futbolçu özü təsdiqləyib ki, Türkiyə və Səudiyyə Ərəbistanı klublarının marağına baxmayaraq, “A” Seriyasına keçmək onun prioritet variantıdır.

Mediada yayılan məlumata görə, Mehdi Taremi “İnter”ə Portuqaliya vətəndaşlığını almağı planlaşdırdığını bildirib – bu, ölkədə beş il yaşadıqdan sonra edilə bilər. Bu, milanlılara iranlı futbolçunu Avropa İttifaqının oyunçusu kimi qeydiyyatdan keçirməyə imkan verəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir