İdman

EEVZA: Azərbaycan millisi son oyununa çıxacaq

Sharing is caring!


20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxacaq.

Oxu.Az-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün ev sahibləri ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir