İdman

İspaniya Superkubokunun finalında “El Klasiko”: “Barsa” “Osasuna”ya qalib gəlib “Real”a rəqib oldu – VİDEO

Sharing is caring!


İspaniya Superkubokunun yarımfinalında “Barselona” və “Osasuna” qarşılaşıb. Komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda yarışıblar.

Matçın ilk hissəsi qolsuz keçib. 59-cu dəqiqədə Levandovski hesabı açıb. 90+3-cü dəqiqədə isə Yamal fərqi artırıb. Oyun “Barselona”nın inamlı qələbəsilə yekunlaşıb – 2:0.

Beləliklə də, katalon klubu İspaniya Superkubokunun finalına yüksəlib və burada daha əvvəl “Atletiko Madrid”i 5:3 hesabı ilə məğlub etmiş “Real”a rəqib olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir