İdman

Millətlər Liqası: İngiltərə Belçika ilə bacarmadı, İtaliya lider oldu

Sharing is caring!

Millətlər Liqasının qrup mərhələsinin V turu başa çatıb.

Xəbəral.az xəbər verir ki, bu turda nəzərdə tutulan bir oyun keçirilməyib. Rumıniya – Norveç qarşılaşması qonaqların futbolçularının koronavirusa yoluxması səbəbindən baş tutmayıb. Qarşılaşma ilə bağlı qərarı UEFA verəcək.

A liqasında İtaliya Polşa üzərində qələbə qazanaraq, liderliyə yüksəlib. İngiltərə isə Belçika ilə bacarmayıb.

Digər qarşılaşmaların nəticələrini təqdim edirik:

A liqası

Niderland – Bosniya və Herseqovina – 3:1

Belçika – İngiltərə – 2:0

Danimarka – İslandiya – 2:1

İtaliya – Polşa – 2:0

B liqası

Avstriya – Şimali İrlandiya – 2:1

Slovakiya – Şotlandiya – 1:0

Çexiya – İsrail – 1:0

Türkiyə – Rusiya – 3:2

Macarıstan – Serbiya – 1:1

Uels – İrlandiya – 1:0

Bolqarıstan – Finlandiya – 1:2

C liqası

Şimali Makedoniya – Estoniya – 2:1

Gürcüstan – Ermənistan – 1:2

Sloveniya – Kosovo – 2:1

Moldova – Yunanıstan – 0:2

Albaniya – Qazaxıstan – 3:1

Belarus – Litva – 2:0

Qeyd edək ki, sonuncu – VI turun oyunları noyabrın 17-18-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir