İdman

“Qarabağ” mövsümün ikinci yarısının hazırlığına start verir

Sharing is caring!


“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ikinci yarısının hazırlığına start verir.

Bu barədə “Qarabağ” FK məlumat yayıb.

Bildirilib ki, XVIII turun “Zirə” ilə oyunundan sonra istirahətə buraxılan komanda bu gün Bakıda bir araya gələcək.

Qış təlim-məşq toplanışı paytaxtda baş tutacaq. Hazırlıq çərçivəsində bir yoxlama görüşü nəzərdə tutulub. “Köhlən atlar” yanvarın 15-də “Zirə” ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Premyer Liqanın XIX turunun matçları yanvarın 21-23-də keçiriləcək. 41 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” doğma meydanda “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir