İdman

“Qarabağ”ın qapıçısı polis bölməsinə aparılmasından danışdı

Sharing is caring!


“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Azərbaycanda polis bölməsinə necə düşdüyü barədə danışıb.

“Mən çoxdan adaptasiya olmuşam, axı Azərbaycan rus dilində danışa bilənlər ölkəsidir. Yerli sürücülük tərzinə alışmaq daha çətin idi. Qaydalara uyğun maşın sürsəniz belə, sizi burada saxlaya bilərlər.

Bir gün ailəmi ticarət mərkəzinə aparıb, getdim bazaya. Birdən polis maşını məni yaxaladı. Dedilər ki, sən sürətlə sürürdün, tez-tez zolaqları dəyişirdin. O vaxt hələ də soyuqdəyməm var idi, elə bildilər ki, içmişəm, məni şöbəyə apardılar.

Nəticədə “Qarabağ”dan bir nəfərə zəng etdim, kömək üçün gəldi. Amma yenə də cəriməni ödəməli oldum”, – Lunyov bildirib.

Qeyd edək ki, bu mövsüm Andrey klubunun heyətində 15 oyun keçirib, 14 qol buraxıb və yeddi dəfə qapısını toxunulmaz saxlayıb.

Mənbə: sovsport.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir