İdman

Barış Şimşək: “Beş-altı oyunda məni çox məyus edən hakim səhvləri oldu”

Sharing is caring!


“Beş-altı matçda məni çox məyus edən hakim səhvləri olsa da, ümumi performansımızı çox uğurlu hesab edirəm və razı qaldığımızı söyləyə bilərəm”.

Bunu “Report”a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək mövsümün ilk yarısında ədalət təmsilçilərinin işi barədə danışarkən deyib.

O, referilərin Premyer Liqada 90 oyunda, aşağı liqalar və ölkə kubokunun qarşılaşmalarında iş başında olduqlarını xatırladıb:

“Təbii ki, hakimlikdə səhv qaçılmazdır. Mövsümün ikinci yarısında daha da yaxşı olmaq üçün çalışacağıq. Bunun üçün təlimlər və seminarlar təşkil edəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir