İdman

“Qəbələ” 27 aydır “Sabah”a qalib gələ bilmir – ARAŞDIRMA

Sharing is caring!


Azərbaycan Premyer Liqasının XVIII turunda bu gün “Sabah”la qarşılaşacaq “Qəbələ” 27 aydır çempionat çərçivəsində rəqibinə qalib gələ bilmir.

“Report”un məlumatına görə, bölgə təmsilçisi axırıncı dəfə 2021-ci ilin sentyabrında “bayquşlar”la görüşdə 3 xal qazanıb.

Bakı klubu həmin vaxtdan bəri keçirilən 8 matçda uduzmayıb. “Qəbələ” son 5 qarşılaşmada, hətta heç-heçə də etməyib.

Komandaların 21-ci dueli ərəfəsində “Sabah” böyük üstünlüyə malikdir. Paytaxt təmsilçisi geridə qalan 20 görüşün 12-də qələbə qazanıb, yalnız 5 dəfə meydanı məğlub tərk edib. Digər 3 matçda isə bərabərlik qeydə alınıb. Bu oyunlarda rəqibi 36 dəfə mərkəzə dəvət edən “Sabah” özü bunun yarısı qədər qol buraxıb.

“Sabah” Premyer Liqa çərçivəsində Qəbələdə 10-cu matçına çıxacaq. “Qırmızı-qaralar” bunun cəmi 2-də qələbə sevinci yaşayıblar. Bölgə klubu evdə sonuncu qalibiyyətini 3 il əvvəl – 2020-ci ilin oktyabrında qazanıb. Qəbələ şəhər stadionunda gerçəkləşən görüşlərin 3-ü heç-heçə yekunlaşıb, 4-də isə “Sabah” hesabına 3 xal əlavə edib.

Komandaların qarşılaşmalarında 4 dəfə böyükhesablı nəticə qeydə alınıb ki, hamısı “Sabah”ın xeyrinə nəticələnib. Bakılılar üç dəfə rəqibini 3 top fərqi ilə üstələyiblər. Cari mövsümün birinci dövrəsindəki görüşdə isə Murad Musayevin yetirmələri 5:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Qəbələ” – “Sabah” oyunu saat 16:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir