İdman

“Barselona” autsayderə çətinliklə qalib gəldi – VİDEO

Sharing is caring!


“Barselona” və “Almeriya” komandaları arasında baş tutan La Liqanın 18-ci tur oyunu başa çatıb. Katalon klubu autsayderə çətinliklə qalib gəlib – 3:2.

33-cü dəqiqədə “Barselona” cinah hücumçusu Rafinyanın qolu sayəsində hesabda önə keçib – 1:0. Lakin cəmi 10 dəqiqə sonra qonaqların hücumçusu Leo Baptistao hesabı bərabərləşdirib – 1:1.

60-cı dəqiqədə Serxi Roberto “Barselona”nı irəli çıxarıb – 2:1. 11 dəqiqə sonra “Almeria” yenidən hesabda bərabərlik yaradıb. Bu dəfə katalonların qapısını məhz Edqar Qonzales dəqiq hədəfə alıb. 83-cü dəqiqədə Robertonun ikinci qolu “Barselona”ya qələbə qazandırıb.

Beləliklə də, hazırda “Barsa” İspaniya çempionatının turnir cədvəlində üçüncü yerdədir. Komanda 18 turdan sonra 38 xal toplayıb. “Almeria” isə cəmi beş xalla sonuncu, 20-ci yerdə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir