İdman

2023-cü ildə uğur qazanan şahmatçılarımıza mükafatlar təqdim olunub – VİDEO

Sharing is caring!


Azərbaycan Şahmat Federasiyası 2023-cü ilə yekun vurub.

Bununla əlaqədar təşkil olunan tədbirdə komandalararası Avropa çempionatında gümüş medal qazanan qrosmeysterlərimiz Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva, 20 yaşadək idmançılar arasında blits üzrə dünya çempionu olan Məhəmməd Muradlı, eləcə də digər turnirlərdə fərqlənən idmançılar iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov geridə qalmaqda olan ilin uğurlu olduğunu bildirərək, 2024-cü ilin də şahmatçılarımız üçün daha uğurlu alınacağına ümid ifadə ediblər. Daha sonra 2023-cü ilin yekunlarına həsr olunan videoçarx nümayiş olunub.

Qeyd edək ki, Şahmat Federasiyasının ilin yekunlarına həsr etdiyi tədbirin davamında dünya və Avropa çempionatında fərqlənən qrosmeysterlərimizə mükafatlar təqdim olunub. 

Ətraflı Baku TV-nin süejtində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir