İdman

“Sevilya” baş məşqçisini qovdu

Sharing is caring!


“Sevilya”nın baş məşqçisi Dieqo Alonso istefaya göndərilib.

Klub uruqvaylı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.

48 yaşlı Alonso oktyabr ayından “Sevilya”nı çalışdırıb. Onun rəhbərliyi altında İspaniya klubu 14 oyun keçirib, 2 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib, 7 görüşdə isə uduzub.

Dekabrın 16-da “Sevilya” La Liqanın 17-ci turunda evdə “Xetafe”yə məğlub olub. (0:3). Əndəluslular 13 xalla İspaniya çempionatında 16-cı pillədə qərarlaşıb.

Bundan əlavə isə “Sevilya” Çempionlar Liqasının B qrupunda 2 xalla sonuncu pilləni tutub və avrokuboklardan kənarda qalıb.

Mənbə: sport-express.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir