İdman

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”a məğlub olub – VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XVII tur davam edir.

“Report”un məlumatına görə, günün ikinci oyunu “Dalğa Arena”da keçirilib.

Rəqiblərini bu stadionda qəbul edən “Araz-Naxçıvan” “Sabah”ı sınağa çəkib.

Son iki turda qələbə qazanan bakılılar ardıcıl üç heç-heçəyə imza atan Naxçıvan təmsilçisinə məğlub olublar. Hesab 39-cu dəqiqədə açılıb. “Sabah”ın müdafiəçisi Boyan Letiç tərs zərbə ilə topu öz qapılarından keçirib. 71-ci dəqiqədə isə Turan Manafov cərimə zərbəsindən baxımlı qol vurub.

Rəqibini 2:0 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” xallarının sayını 26-ya çatdırıb. “Sabah” isə 22 xalda qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz”lə “Sumqayıt” (1:1) heç-heçə ediblər, “Səbail” “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlib. Dekabrın 16-da “Turan Tovuz” – “Zirə”, 18-də isə “Qarabağ” – “Neftçi” matçları reallaşacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir