İdman

Azərbaycanın qız basketbolçulardan ibarət U-16 millisi Türkiyədə toplanışa başlayıb

Sharing is caring!


Azərbaycanın qız basketbolçulardan ibarət U-16 yığması Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verib.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda gün ərzində iki dəfə olmaqla məşqlərini davam etdirir.

Yoxlama oyunlarında da iştirak edən U-16 bu gün ilk görüşünü yerli “Daçka Şerifali”nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirib və 68-36 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, dekabrın 19-dək davam edəcək hazırlıq prosesində yığmamız bir neçə yoxlama görüşlərində qüvvəsini sınayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir